Sumqayıtda restoranlardan birində müştəriyə məxsus çanta oğurlanıb. Çantada pul, bank kartları və digər şəxsi əşyalar olub.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən 28 yaşlı E.Nuruzadə müəyyən edilərək saxlanılıb.
Şəhərdə keçirilən digər əməliyyat tədbirləri zamanı isə 450 manat dəyərində moped və 1 500 manatlıq “Tufan” markalı motosikletin oğurlanmasında şübhəli bilinən S.Əliyev və N.Əlizadə saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

