Hindistanın Pəncab ştatında 28 yaşlı bloger Mancit Kauru qaçıraraq ağaca bağlayıb yandırmaqda şübhəli bilinən şəxslər axtarılır. Qadın hadisə zamanı hamiləliyinin yeddinci həftəsində olub.
Need To Know nəşrinin məlumatına görə, Kaurun anası bildirib ki, blogerin tanışları Şubhi və Pinda ona zəng edərək görüşməyi təklif ediblər. Daha sonra qadını zorla avtomobilə mindirərək meşəyə aparıblar və orada ona hücum ediblər.
Hadisə yerinə gələn dostu Kauru alov içində görüb və yanğını söndürüb. Ağır yanıq xəsarətləri alan qadın təcili xəstəxanaya yerləşdirilib və təxminən iki ay burada müalicə olunub.

Kaur xəstəxanada özünə gəlib və baş verənlər barədə danışmaq niyyətində olub, lakin daha sonra həyatını itirib.
28 yaşlı qadının 7 yaşlı oğlu qalıb.
Kauru qaçıraraq ona hücum etməkdə şübhəli bilinən şəxslərin axtarışı davam edir.

