The Times of India-nın məlumatına görə, Hindistanın Uttar-Pradeş ştatında canavarlar 12 saat ərzində beş nəfərə hücum edib.
Gecə saat 3 radələrində yuxuda olan 40 yaşlı qadına hücum edən canavar onu ağır yaralayıb. Səhər saatlarında iki qıza — 4 və 13 yaşlı uşaqlara da başqa bir canavar hücum edib.
Daha sonra 7 yaşlı qız evin həyətində oynayarkən boğazından dişlənib, o, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Günün sonunda 4 yaşlı oğlan uşağı da hücumun qurbanı olub.
Hadisə yerinə 20-dən çox meşəçi və peşəkar ovçu qrupu cəlb olunub, gecələr isə ərazi dronlarla axtarılır.
Bir neçə gün əvvəl bir canavarın vurulmasına baxmayaraq, hücumların davam etməsi bunun bir qrup yırtıcı olduğunu göstərir. Hakimiyyət valideynləri axşam uşaqları evdən çıxarmamağa və tarlalara tək getməməyə çağırıb.