Bakının Sabunçu rayonunda bir neçə mağaza və restorandan oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul və müxtəlif əşyalar oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən A.Hacıyev saxlanılıb. Onun əvvəllər də oxşar cinayətə görə məhkum olunduğu müəyyən edilib.
Araşdırmalar zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları və planşeti satdığı məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.

