Mövsümü olan üzüm olduqca xeyirli meyvələrdəndir. Müxtəlif rənglərdə və formalarda olan üzümün xeyri də rənginə görə dəyişirmir.
Den.az yazır ki, yaşıl üzüm üzümün tərkibində B1, B2 vitaminləri, dəmir, maqnezium, fosfor, potasium kimi minerallar var. Yaşıl üzümdən üzüm suyu, sirkə, bəhməz hazırlanır. Həmçinin üzümün yarpaqlarından, çəyirdəyindən belə faydalanmaq olur.
Qara üzümün yaşıl üzümdən ən böyük fərqi odur ki, qan artırma xüsusiyyəti var. Yağları yandırmağı asanlaşdırır. Bu üzüm orqanizmi təmizləyərək xəstələnmə ehtimalını tamamilə azaldır. Eyni zamanda qara üzüm xərçəngə tutulma riskini də minimuma endirir.
Gündə 2 dəfə səhər naharından 2 saat sonra və axşam yeməyindən 1 saat əvvəl 2 və ya 3 ədəd qara üzüm çəyirdəyini əzin və yeyin. 10 gün boyunca tətbiq etdiyiniz bu qarışımı ehtiyac duyduqda 1 həftə ara verərək istifadə edə bilərsiniz.
Unutqanlığa qarşı şəfa olduğundan məktəblilərə bolluca yemək məsləhət görülür. Xüsusilə kişmiş beyin inkişafı baxımından dəstəkləyici rol oynayır.
Üzüm alzheimer xəstəliyindən əziyyət çəkən xəstələrdə amiloid-beta peptit səviyyələrinin azaldılmasında köməkçi olur. Üzüm beyin sağlamlığını qoruyaraq, beynin sistemli bir şəkildə fəaliyyət göstərməsinə kömək edir.
Üzüm həzmsizliyi qaydaya qoyaraq bağırsaqların sürətli bir şəkildə işləməsinə yardımçı olur.
Aparılan araşdırmaya görə, üzüm tərkibindəki antioksidantlar baxımından döş xərçənginə faydalı olur. Gündə bir stəkan içilən üzüm suyunun döş xərçəngi ilə bağlı yaranan şişləri əngəllədiyi ortaya çıxıb.
Üzüm ümumi dəri sağlamlığı üçün faydalı bir meyvədir və dəriyə qulluq vasitələrində geniş istifadə olunur. Üzüm fitokimyəvi, antioksidant və antienflamatuar xüsusiyyətlərə sahibdir. Üzüm həm də dəri sağlamlığı üçün həyati əhəmiyyətə malik C vitamini baxımından da zəngindir.
Üzüm yorğunluğun aradan qaldırılmasına və stressin atılmasına faydalıdır.
Üzümün sağlamlıq baxımından hər hansı bir zərəri yoxdur. Ancaq hər meyvədə olduğu kimi, üzümün də tərkibində olan şəkərə görə şəkər xəstələrinin yeməməsi məsləhət görülür.
MÖCÜZƏVİ MEYVƏ ÜZÜM… HANSI DƏRDLƏRİN DƏRMANIDIR?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.