İnsanlar orta yaş dövrünün krizisini təxminən 28–55 yaş aralığında keçirə bilərlər. Bu barədə “Lenta.ru”ya danışan psixoloq, pedaqogika elmləri namizədi Pavel Reşetov bildirib. O qeyd edib ki, bu krizin dəqiq yaş sərhədləri mövcud deyil.
“Orta yaş krizinin konkret yaş hədləri artıq yoxdur. Bəzi müəlliflər 35–45 yaşı göstərir, digərləri isə çərçivəni 30–50 yaşa qədər genişləndirir. Hətta bir mənbədə 28–55 yaş aralığı kimi qeyd olunmuşdu,” — deyə psixoloq bildirib.
Reşetov həmçinin insanların “müasir ömrün şərti ortasına” baxaraq istiqamət götürməyi təklif edir. Onun fikrincə, bu, təxminən 35–45 yaş aralığına düşür. Psixoloq əlavə edib ki, məsələ təkcə pasport yaşında deyil — insanın psixoloji vəziyyəti əsas rol oynayır.

