"Abyuzer" termini partnyora qarşı fiziki, psixoloji və ya maliyyə zorakılığını ifadə edir,” — bunu “Radio 1”ə müsahibəsində klinik psixoloq Natalya Şankina bildirib. Onun sözlərinə görə, abüziv münasibətlərdə iradənin boğulması sistematik xarakter daşıyır.
"Abyuzer" çox vaxt güc və nəzarət hissi ilə bağlı olur. Buna görə də şəxsi sərhədləri pozan hər cür nəzarət — telefonlara baxmaq, kameralar quraşdırmaq, fasiləsiz zənglər etmək — bunlar ‘qayğı’ deyil, abüzdür,” — deyə psixoloq vurğulayıb.
Şankina əlavə edib ki, bu cür davranış bəzən sevgi və ya qayğı kimi qələmə verilə bilər, amma əslində bu, şəxsi sərhədlərin pozulmasıdır. O, bu vəziyyətdə olan insanlara susmamağı, baş verənləri yaxınları və ya etimad xidmətinin psixoloqları ilə müzakirə etməyi tövsiyə edib.