NEWS.ru-ya danışan Dövlət Maarifləndirmə Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov bildirib ki, bağçılıq, toxuculuq və ev bitkiləri ilə məşğul olmaq insanı yemək düşüncəsindən uzaqlaşdırır və artıq çəkinin qarşısını almağa kömək edir. Onun sözlərinə görə, çəki artmaması üçün insan beynini mütləq başqa fəaliyyətlə məşğul etmək lazımdır.
“Piylənməyə aparan çox yeməklə mübarizə üçün alternativ məşğuliyyət çox kömək edir. Elə bir məşğuliyyət ki, insanı özündən çox məşğul etsin və fikrini yeməkdən uzaqlaşdırsın. Məsələn, toxuculuq, bağçılıq, ev bitkilərinə qulluq… Bu idman olmasa belə, nəticəyə yönəlmiş fəaliyyət növüdür. Bu, çox vacibdir”, — deyə Umnov məsləhət verib.
Həkim vurğulayıb ki, məqsədi “arığlamaq” kimi qoymaq lazım deyil. Daha yaxşısı, evdə və ya bağda həll olunacaq başqa, əhəmiyyətli bir hədəfə fokuslanmaqdır. Onun fikrincə, insan beləliklə yemək barədə daha az düşünəcək, çünki diqqətini çəkən yeni məşğuliyyətlər olacaq.

