Tez-tez sidiyə getmə, güclü susuzluq, yorğunluq və arıqlama latents autoimmun diabetin (LADA-diabet) inkişafına işarə edə bilər. Bu barədə Lenta.ru-ya endokrinoloq Nataliya Tananakina bildirib. Onun sözlərinə görə, bu nadir xəstəlik inkişaf mexanizminə görə 1-ci tip diabetə, simptomlarına görə isə 2-ci tip diabetə bənzəyir.
“Xəstəliyi göstərən əsas əlamətlər yorğunluq, susuzluq, tez-tez sidiyə getmə və yüngül arıqlama ola bilər. Erkən mərhələdə qlükoza səviyyəsi tez-tez nəzarətdə qalır və xəstəliyi gizlədir. Lakin zaman keçdikcə göstəricilər qeyri-sabit olur,” — deyə Tananakina bildirib.
Həkim xəbərdarlıq edib ki, xəstəlik nəzarətsiz qalarsa, ağır fəsadlar yarada bilər. Onun sözlərinə görə, mümkün nəticələrə diabetik retinopatiya, nefropatiya, ürək-damar patologiyaları və sinir zədələnmələri daxildir.

