Aşkar səbəb olmadan yaranan həddindən artıq tərləmə ciddi xəstəliyin əlaməti ola bilər. DenMedia.az xəbər verir ki, bu barədə tanınmış alman dermatoloqu Kristian Bayerl danışıb. Focus nəşrinə verdiyi müsahibədə həkim bildirib ki, hiperhidroz (həddindən artıq tərləmə) nadir hal deyil, lakin buna ciddi yanaşmaq lazımdır, çünki bəzi hallarda bu vəziyyət xərçəngin simptomu ola bilər. Bayerlin sözlərinə görə, gecə tərləməsi, bədən temperaturunun yüksəlməsi və qəfil arıqlama bu kimi xəstəliklərin xəbərçisi ola bilər. “Bəzən bu əlamətlər limfoma və ya leykoz kimi xəstəliklərdə özünü göstərir,” — deyə həkim qeyd edib və oxşar simptomları olan insanları vaxt itirmədən müayinədən keçməyə çağırıb.
İzahsiz tərləmə sadə haldır, yoxsa gizli xəstəliyin xəbərçisidir?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

