Ayaqlarda şişkinlik, bel ağrısı, cinsi əlaqə zamanı narahatlıq, yorğunluq, bağırsaq funksiyalarında dəyişikliklər və menstrual dövrün pozulması tez-tez gözardı edilən yumurtalıq xərçəngi əlamətləridir.
Den.az xarici mediaya istinadla bildirir ki, həkimlərin iddiasına görə, yumurtalıq xərçəngini erkən mərhələdə aşkar etmək çətindir, çünki onun simptomları daha yüngül xəstəliklərlə asanlıqla səhv salına bilər. Adətən qadınlar qarında şişkinlik, çanaq nahiyəsində ağrı, tez doyma və tez-tez sidiyə getmə kimi daha açıq simptomlara fikir verirlər.
Lakin aybaşı dövrünün dəyişməsi və cinsi əlaqə zamanı narahatlıq kimi gizli əlamətlər tez-tez menopauza və hormonal dəyişikliklərlə əlaqələndirilir. Yorğunluq və həzm problemləri də çox vaxt stres və qeyri-sağlam qidalanma ilə izah edilir, buna görə də qadınlar bu əlamətlərə ciddi yanaşmırlar.
Xərçəngin daha gec mərhələlərində isə aşağıdakı simptomlar müşahidə edilə bilər:
Ayaqlarda şişkinlik – Şiş venoz yolları sıxdıqda, qan dövranı pozulur və ayaqlarda ödem yaranır.
Bel ağrısı – Çanaq nahiyəsində yığılan maye və ya toxumalara təzyiq edən şiş səbəbindən meydana gəlir.
Qeyd: Bu əlamətlərin uzun müddət davam etməsi və ya şiddətlənməsi halında dərhal həkimə müraciət etmək vacibdir.
Bel ağrısı yumurtalıq xərçənginin xəbərçisi ola bilər: HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.