Şəhərlərin Yeni il üçün çox erkən bəzədilməsi və ağacların noyabrda quraşdırılması insanlarda bayrama qədər emosional yanmaya səbəb olur. Bunu ailə psixoloqu və psixoterapevt Anastasiya Kardiakos “Radio 1”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, insanlar bayram əhvalını vaxtından əvvəl “xərclədikləri” üçün dekabrın sonuna yaxın özlərini yorğun və boşalmış hiss edirlər.
“Biz artıq sevinirik, amma 31 dekabra hələ çox var. Toplanmalı olan dopamin vaxtından əvvəl sərf olunur və nəticədə bayram ərəfəsində emosional enerji qalmır”, — deyə Kardiakos bildirib.
Psixoloq tövsiyə edir ki, dekabrın əvvəlində kiçik bir ara-bayram — dostlarla və ya həmkarlarla mini toplantı — keçirmək faydalıdır. Bu, əsas Yeni il həyəcanının məhz bayram ərəfəsinə saxlanmasına kömək edir.
Mütəxəssis əlavə edib ki, bayram dövründə başqalarının gözləntilərinə uyğun davranmağa çalışmaq da emosional tükənməyə gətirə bilər.

