NEWS.ru-ya danışan psixoloq Yevgeniya Aleksandrova deyir ki, aylarla yalnız messencerlərdə ünsiyyət saxlayan kişi çox vaxt real münasibətə hazır olmur. Onun fikrincə, əsas siqnal — sözlərlə davranışların uyğun gəlməməsidir.
Aleksandrova izah edir:
“Əgər kişi yalnız mesajlarda aktivdirsə, vəd verir, qayğı və stabillikdən danışır, hətta ailə qurmaqdan belə bəhs edir, amma real həyatda heç bir addım atmırsa — bu, manipulyasiyadır. O, öz payını — diqqəti və emosional enerjini — alır, amma qarşılıq vermir.”
Onun sözlərinə görə, tipik göstərici odur ki, kişi yalnız özünə sərf edən vaxt yazır, uzun mesajlar göndərir, amma qadının offlinə keçmək cəhdlərindən yayınır.
Psixoloq əlavə edir ki, digər narahatedici məqam — kişinin qadının şəxsiyyətinə səmimi maraq göstərməməsidir. Söhbətlər yalnız hava, memlər və səthi mövzular ətrafında qalırsa, dəyərlər, məqsədlər, düşüncələr toxunulmadan ötüşürsə — bu da ciddi siqnaldır.
Aleksandrova deyir ki, münasibətə hazır olmayan kişi adətən yalnız öz təşəbbüsü ilə yazır:
“O, yalnız darıxanda və ya resurs lazım olanda — dəstək, flört, emosional istilik — ortaya çıxır. Amma qadın özü yazanda və ya diqqət istəyini ifadə edəndə ya yox olur, ya da soyuyur. Və nəhayət, ən vacibi: o, görüş təklif etmir. Həqiqətən maraqlanan kişi real həyatda addım atır.”

