LIFE.ru-ya danışan psixoloq Kristina Morozovanın sözlərinə görə, stres gecə kabuslarının yaranmasının ən çox rast gəlinən səbəbidir. O əlavə edib ki, belə yuxular əslində psixika üçün faydalıdır.
Morozova bildirib ki, xroniki yuxusuzluq və tez-tez oyanmaq da kabusların yaranma ehtimalını artırır.
Yuxu çatışmazlığı özü-özlüyündə həm kabusları çoxaldır, həm də orqanizmin stresslə mübarizə qabiliyyətini aşağı salır.
Psixoloq maraqlı fakt da əlavə edib:
“Təhlükəli və narahat yuxular psixikanın vacib funksiyasını yerinə yetirir — onlar gündəlik emosional yüklənməni emal edir və mümkün təhlükəli vəziyyətlərə reaksiyalarımızı ‘təlim etdirir’.”
Tez-tez kabuslar görən insanlara isə Morozova axşam rahatlaşdırıcı vərdişlər yaratmağı tövsiyə edir.
Onun sözlərinə görə, yüngül oxu, isti içki və ya nəfəs məşqləri yuxudan əvvəl psixikanı sakitləşdirə bilər.

