Endokrinoloq Yelena Sürəkşinanın sözlərinə görə, çaytikanı çayı orqanizmə inanılmaz dərəcədə böyük fayda verə bilər. Nə kimi?
Mütəxəssis izah edib ki, çaytikanı giləmeyvələri tərkibində vitaminlərdən tutmuş flavonoidlərə və antioksidantlara qədər təxminən 20 vacib element daşıyır. Bu içkini (və giləmeyvənin özünü) rasiona əlavə etmək — çox uğurlu qərardır.
Həkimin sözlərinə görə, çaytikanı çayını mütəmadi içmək bütün sistemlərə və orqanlara müsbət təsir göstərir. Məsələn:
• “Pis” xolesterinin səviyyəsi azalır
• Ürək əzələsi və damarların divarları möhkəmlənir
• Beynin fəaliyyəti yaxşılaşır — bu, yaddaşı və konsentrasiyanı dəstəkləyən tiamin və riboflavinin sayəsində olur
Sinir sistemində də ciddi yaxşılaşma müşahidə olunur. B-qrup vitaminləri neyromediatorların mübadiləsində iştirak edir, maqnezium isə impulsların ötürülməsini gücləndirir.
Bundan əlavə, çaytikanı C vitamini ilə son dərəcə zəngindir. Limon və portağal bu baxımdan onunla müqayisə oluna bilməz. Bu vitamin yalnız immunitet üçün yox, həm də saç və dəri sağlamlığı üçün vacibdir.
Həkim həmçinin xəbərdarlıq edib ki, çaytikanı çayı allergiyası olanlara, əmizdirən qadınlara, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet və qanın laxtalanma problemləri olan şəxslərə ehtiyatla tövsiyə olunur.

