Harvard alimləri onilliklərdir bir çox insanı narahat edən problemin — qulaqda küyün (xroniki tinnitusun) azalmasına kömək edə biləcək sadə bir yol aşkar ediblər. Aparılan araşdırmalar göstərib ki, müntəzəm meyvə qəbulu qulaqda küy riskinin azalması ilə əlaqəlidir.
Tədqiqatda 113,5 min nəfər iştirak edib. Onlar iki uzunmüddətli kohort proqramı — Nurses' Health Study (NHS) və Nurses' Health Study II (NHS2) çərçivəsində illər boyu izlənilib. İştirakçılar hər dörd ildən bir qidalanma vərdişləri ilə bağlı anketlər doldurublar.
Nəticələrə əsasən, müntəzəm olaraq meyvə yeyən qadınlar tinnitusdan əhəmiyyətli dərəcədə daha az əziyyət çəkiblər. Alimlər bildirirlər ki, qidalanma ilə eşitmə sağlamlığı arasındakı bu əlaqə uzunmüddətli xarakter daşıyır, çünki düzgün qida vərdişləri zamanla qulaq sağlamlığına yığılan (kumulativ) təsir göstərə bilər.
Araşdırmanın nəticələri American Journal of Epidemiology jurnalında dərc olunub.

