Yeməyi uzanıqlı vəziyyətdə qəbul etmək olmaz, çünki bu, qastroezofageal reflüks riskini artırır — yəni mədənin tərkibinin yenidən qida borusuna qayıtması vəziyyətini yaradır. Bu barədə NEWS.ruya həkim-qastroenteroloq Klara Sıçuqova bildirib. Onun sözlərinə görə, bu qadağa arxasıüstə, böyrü üstə və üzüstə uzanaraq yemək hallarına da aiddir. “Uzanmış və ya yarıuzanıqlı vəziyyətdə yemək olmaz. Bu, əsaslı səbəbləri olan demək olar ki, yeganə ciddi qadağadır. Üfüqi vəziyyətdə yemək qastroezofageal reflüks riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə üzüstə uzanaraq yemək təhlükəlidir”, — deyə Sıçuqova xəbərdarlıq edib. O izah edib ki, bu cür pozalarda qida borusu ilə mədə eyni səviyyədə olur. Yemək zamanı qidanın geri qayıtmasının qarşısını almalı olan sfinkter artmış təzyiqə məruz qalır. Bu isə mədə yanmasına və hətta aspirasiyaya — qidanın tənəffüs yollarına düşməsinə səbəb ola bilər.
Bir çoxlarının fərqinə varmadığı təhlükəli vərdiş
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

