Gec nahar yeməyi vərdişi artıq çəki, piylənmə və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Bu barədə Lenta.ru-ya müsahibəsində həkim Olqa Tarasova bildirib.
Onun sözlərinə görə, gecə ağır yemək yemək həmçinin dərinin vəziyyətini pisləşdirə bilər.
“Təsəvvür edin, siz yatırsınız, amma mədəniz və bağırsaqlarınız hələ də işləməyə məcburdur. Qidanın tam həzm olunması üçün orqanizmə qan axını və aktiv əzələ fəaliyyəti lazımdır. Yuxu zamanı isə bu proseslər yavaşlayır. Qida mədədə qalır, fermentasiya və çürümə başlayır,” — deyə Tarasova xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, bu proses qarında ağırlıq, yanğı (mədə turşusu) və səhər vaxtı ürəkbulanma yarada bilər. O əlavə edib ki, gecə gec yemək yeyən insanlarda növbəti gün iştahanın azalması da mümkündür.

