Yeməyi su ilə içməyin guya zərərli olması haqda yayılan fikir tamamilə mifdir.
DenMedia.az xəbər verir, bunu endokrinoloq-dietoloq Oksana Mixaleva “Qazeta.Ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, bu qadağa mədədəki duz turşusunun guya sulanaraq təsirini itirməsi kimi yanlış təsəvvürdən doğub.
Lakin həkim bu iddianı təkzib edir:
“Orqanizm tələb olunan qədər duz turşusu istehsal edir və bu həcm nə içdiyiniz sudan asılı olmayaraq dəyişmir.”
Mixaleva izah edib ki, yemək zamanı maye içmək həzm prosesini pozmur, əksinə, onu yüngülləşdirir və sürətləndirir. Çünki nəmli qida mədədə daha rahat qarışır və mədə şirəsinin onu parçalamağı asanlaşır.
Həkimin sözlərinə görə, mədə-bağırsaq xəstəlikləri olan insanlara hətta yeməyi su ilə içmək tövsiyə olunur — bu, həzmi daha komfortlu edir.
O həmçinin vurğulayıb:
“Su və digər içkilər mədəni böyütmür, çünki tez bir zamanda mədəni tərk edir. Mədə yalnız çoxlu həcmdə qida qəbul edildikdə genişlənir.”

