Tərəvəzləri ac qarına yemək məsləhət görülmür, çünki belə səhər yeməyi mədənin qıcıqlanmasına səbəb ola bilər. Bunu “Podmoskovye segodnya”ya qastroenteroloq Yelena Pexotina deyib.
Həkim bildirib ki, ilk qida zülal və mürəkkəb karbohidratlardan ibarət olmalıdır, bu maddələr orqanizmi gün ərzində enerji ilə təmin edir.
Pexotina xəbərdarlıq edib:
“Şpinat, qırmızı bibər və pomidor yalnız kiçik miqdarda və yeməyin tərkibində qəbul edilməlidir, çünki onların turşuluğu yüksəkdir və ac qarına mədəni qıcıqlandıra bilər”.
Onun sözlərinə görə, səhər vaxtı bişmiş çuğundur və kök yemək olar, lakin yalnız bişmiş halda, çünki bu, mədəyə düşən yükü azaldır.
Həkim əlavə edib ki, tərəvəz şirələrinin ac qarına içilməsi qlükozanın kəskin artmasına səbəb ola bilər.

