İlk baxışda zərərsiz görünən bəzi vərdişlərin gənc yaşda bağırsaq xərçəngi riskini artırdığı bildirilir. Bu barədə Skandinaviya Sağlamlıq Mərkəzinin onkoloqu Sergey İvanov Lenta.ru-ya açıqlamasında xəbərdarlıq edib.
Onun sözlərinə görə, risk yaradan əsas amillərdən biri enerji içkilərinin istifadəsidir. Həmçinin fastfud və ultra-emal olunmuş məhsullar da mühüm rol oynayır.
Mütəxəssis bildirib ki, fastfudlar, qazlı içkilər və yarımfabrikatlar şəkər, rafinə olunmuş nişasta, yağ, duz və müxtəlif texnoloji qatqılarla zəngindir, lakin lif (kletçatka) baxımından kasıbdır.
“Genişmiqyaslı araşdırmalar bu cür qidaların çox istehlakının bağırsaq xərçəngi riskinin artması ilə əlaqəli olduğunu göstərir”, — deyə onkoloq izah edib.
Bundan əlavə, gec saatlarda yemək və yatmazdan əvvəl qəlyanaltı da təhlükə yaradır. Bu vərdiş qlükoza və insulin səviyyəsini yüksəldir, nəticədə öd turşularının tərkibi və bağırsaq mikrobiotası dəyişir ki, bu da tez-tez bağırsaq xərçənginin inkişafına gətirib çıxarır.

