Mütəxəssis vurğulayıb ki, qadın orqanizmi stressə kişilərlə müqayisədə daha kəskin reaksiya verir. Eyni stress faktoru qadınlarda qan təzyiqinin, ürək döyüntüsünün və hormon səviyyələrinin daha güclü dəyişməsinə səbəb olur.
Sandra Eyfer qeyd edib ki, heç bir qida əlavəsi xroniki stressin təsirini kompensasiya edə bilməz. Bunun əvəzinə qadınlara meditasiya, hobbilər və fiziki aktivlik tövsiyə olunub. Lakin həkim bir məqama xüsusi diqqət çəkib — dayanmaq və əsəbiləşmək hüququ.
“Qəzəb qadın sağlamlığında dəyəri az bilinən emosiyadır. Qadınlar onu boğmağa öyrəşiblər, amma qəzəbin konstruktiv şəkildə boşaldılması — məsələn, intensiv idmanla — tibbi baxımdan tam məntiqlidir”, — deyə həkim yekunlaşdırıb.

