Solaryuma getmək orqanizmdə vitamin D çatışmazlığını aradan qaldırmır. Bu barədə NEWS.ru-ya ailə həkimi, endokrinoloq və dietoloq Anastasiya Samoylova açıqlama verib.
Onun sözlərinə görə, ultrabənövşəyi şüalanma yalnız kosmetik effekt – qaralma yaradır, lakin eyni zamanda dərini zədələyir və onkoloji xəstəlik riskini artırır.
“Vitamin D çatışmazlığını aradan qaldırmağın ən effektiv yolu xolesalsiferol – yəni vitamin D3 tərkibli preparatların qəbuludur. Böyüklər üçün tövsiyə olunan doza gündə ən azı 2 min beynəlxalq vahiddir və bu, çatışmazlığın dərəcəsindən asılı olaraq dəyişə bilər. Solaryum isə bu məqsədlə effektiv deyil. Prosedurun əsas nəticəsi qaralmadır, ‘günəş vitamini’nin bərpası yox. Üstəlik, ultrabənövşəyi şüalar dərini zədələyir və xərçəng riskini artıra bilər”, – deyə Samoylova bildirib.
Həkim əlavə edib ki, daha təhlükəsiz və effektiv üsul rasiona vitamin D ilə zəngin qidalar daxil etməkdir.
Bunlara:
-
balıq yağı
-
qızılbalıq
-
treska qaraciyəri
-
yumurta sarısı
-
şiitake göbələyi aiddir.

