Ramazan ayında qidalanmada sağlam boşqab prinsipi əsas götürülməlidir. Mütəxəssislər bildirirlər ki, boşqabın müəyyən nisbətlərdə bölünməsi orqanizmin bütün zəruri maddələri almasına kömək edir. Tövsiyəyə görə, adi boşqabı düşüncədə üç hissəyə bölmək lazımdır. Onun yarısını tərəvəz və ya meyvələr təşkil etməlidir — bu, lif və vitamin mənbəyidir. Dörddə bir hissə zülal məhsullarına — ət, balıq, quş əti, yumurta və paxlalılara ayrılmalıdır. Qalan hissə isə mürəkkəb karbohidratlar — qarabaşaq, düyü, bulqur, makaron və ya tam taxıllı çörəkdən ibarət olmalıdır. Uzun fasilədən sonra iftarda həddindən artıq yemək riski artır. Buna görə “bir yemək — bir boşqab” qaydasına əməl etmək tövsiyə olunur. Sahur isə gün ərzində enerji və toxluq hissinin qorunmasında əsas rol oynayır. Bu zaman da sağlam boşqab prinsipi tətbiq edilir, lakin daha sadə formada. Ət əvəzinə yumurta, kəsmik, qatıq, paxlalılar və ya göbələk seçilə bilər. Uzunmüddətli toxluq üçün yulaf sıyığı və bərk buğda makaronu məsləhətdir. Ən vacib məqam isə su balansıdır. Axşam saatlarında gündəlik maye norması bərpa olunmalıdır. Gecə ərzində ən azı 1,5 litr su içmək tövsiyə edilir. Ən yaxşı seçim təmiz içməli su və ilıq bitki çayıdır. Şəkərli içkilər və kofeinli məhsullar susuzlaşmanı artıra bilər.
Ramazanda düzgün qidalanma: sağlam boşqab qaydası
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

