Günün ortasında yuxu basırsa, səbəb çox vaxt yanlış qurulmuş nahardır.
“İzvestiya”ya danışan qidalanma mütəxəssisi Marina Kosenkova izah edir ki, yeməkdən sonra qanaxının böyük hissəsi həzm sisteminə yönəlir, beyin daha az oksigen alır, şəkər kəskin qalxıb enir və bədənə “sürəti azalt” siqnalı gedir.
Ən pis variant — təkcə sürətli karbohidratlardan ibarət nahar (ağ çörək, makaron, şirniyyat, kartof püresi və s.). Bu zaman enerji “tac-tuc” oynayır: əvvəlcə kəskin yüksəlmə, sonra isə ani düşüş və yuxululuq.
Yuxusuz qalmaq üçün nahar necə olmalıdır?
Nahar 3 hissədən ibarət olmalıdır:
-
Zülal — toxluq yaradır və enerjinin verilmə sürətini tənzimləyir.
Məsələn: toyuq filesi, balıq, yumurta, kəsmik. -
Sağlam yağlar — uzunmüddətli toxluq hissi yaradır.
Məsələn: avokado, qoz-fındıq, zeytun yağı. -
Mürəkkəb karbohidratlar — enerjini tədricən buraxır, şəkəri “atıb-tutmur”.
Məsələn: qarabaşaq, qəhvəyi düyü, bulqur, tərəvəzlər, tam taxıllı çörək.
Vitamin və minerallar da rol oynayır
Əgər insanı davamlı olaraq yuxu aparırsa, mütəxəssis diqqəti aşağıdakılara çəkməyi məsləhət görür:
-
B qrupu vitaminləri — sinir sistemini dəstəkləyir;
-
Maqnezium — sinir-əzələ tənzimlənməsinə kömək edir, gərginliyi azaldır;
-
Dəmir — anemiyanın qarşısını alır, əks halda daim yorğunluq olur.
Porsiyanı da unutma
Porsiya çox böyükdürsə, yuxu qaçılmazdır.
Nahar mütləq tərəvəz və göyərti içməlidir — çünki onların tərkibindəki lif şəkərin sorulmasını yavaşladır və konsentrasiyanı gün boyu sabit saxlayır.

