Kosmetoloq Lyudmila Yelisavetskaya bildirib ki, ev şəraitində qara nöqtə və sızanaqları sıxmaq ciddi fəsadlara səbəb ola bilər.
Bu barədə o, NEWS.ru-ya açıqlamasında danışıb.
“Evdə üz təmizliyi riskli bir addımdır – yanlış müdaxilə iltihab, irinli yaralar və şişkinliklə nəticələnə bilər”, — deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, kobud mexaniki təsir dəri altındakı yağ vəzilərinin kanallarını zədələyir və infeksiyanı daha dərin qatlara ötürür.
Nəticədə sadə sızanaq yerinə aylarla müalicə tələb edən dərialtı düyünlər yarana bilər.
Kosmetoloq qeyd edib ki, ev şəraitində edilən müdaxilə dərinin şişməsi, irinləməsi, piqment ləkələri, genişlənmiş məsamələr və hətta çapıqlarla nəticələnə bilər.

O əlavə edib ki, peşəkar kosmetoloqlar üz təmizliyini yalnız steril alətlərlə həyata keçirir və dəriyə zərər vermədən proseduru aparırlar.

