Fizioloji baxımdan qadınların uşaq dünyaya gətirməsi üçün ən uyğun yaşın 26 olduğu bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu dövrdə orqanizm həm hormonal, həm də reproduktiv baxımdan ən stabil və hazır vəziyyətdə olur.
Qeyd olunur ki, bu yaşda yumurtalıqların fəaliyyəti daha aktiv, yumurta keyfiyyəti isə daha yüksək olur. Bu isə həm hamiləliyin daha rahat keçməsinə, həm də sağlam körpə dünyaya gətirmə ehtimalının artmasına təsir edir.
Bununla yanaşı, 26 yaş ətrafında qadın orqanizmi hamiləlik və doğuş zamanı yaranan fiziki yüklənmələrə daha yaxşı uyğunlaşır, ağırlaşma riski isə nisbətən aşağı olur.
Mütəxəssislər vurğulayır ki, bu göstərici ümumi tibbi yanaşmadır və hər bir qadının sağlamlıq vəziyyəti fərqli olduğu üçün fərdi yanaşma vacibdir.

