Polşadakı xəstəxanalardan birində yeni doğulmuş körpə anasının ağır alkoqol sərxoşluğu səbəbindən qanında yüksək alkoqol səviyyəsi ilə dünyaya gəlib. Bu barədə Fakt nəşri məlumat yayıb.
Məlumata görə, qadın hamiləliyin 38-ci həftəsində xəstəxanaya təxminən 3 promil alkoqol səviyyəsi ilə çatdırılıb. Nəşr vurğulayır ki, bu vəziyyət həm ananın, həm də körpənin həyatı üçün birbaşa təhlükə yaradıb. Bu səbəbdən həkimlər təcili qeysəriyyə əməliyyatı aparmaq qərarı veriblər.
Əməliyyatdan sonra məlum olub ki, körpənin qanında 1,5 promildən çox alkoqol var. Bu göstərici yeni doğulmuşlar üçün ölümcül hədd sayılır.
“Polisin məlumatına görə, hazırda körpənin vəziyyəti stabildir. Həkimlər uşağı xilas etmək və kritik vəziyyətdən çıxarmaq üçün mümkün olan hər şeyi ediblər”, — deyə məqalədə qeyd olunur.
Ana barəsində cinayət işi açılıb. Onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

