Nevroloq Anna Kopseva bildirib ki, arterial təzyiqin 135/85 mm civə sütunundan yuxarı olması ciddi xəbərdarlıq siqnalıdır və insult riskini əhəmiyyətli dərəcədə artırır. Bu barədə NEWS.ru yazır.
Onun sözlərinə görə, hipertoniya uzun müddət heç bir simptom vermədən inkişaf edə bilər, bu isə onu daha təhlükəli edir.
Mütəxəssis vurğulayıb ki, 35 yaşdan yuxarı hər kəs mütəmadi olaraq təzyiqini yoxlamalıdır.
“Əgər göstərici 135/85-dən yuxarıdırsa, bu artıq həyəcan siqnalıdır və həkimə müraciət etmək lazımdır”
Qeyd olunub ki, normal təzyiq 130/80 səviyyəsinə qədər hesab olunur. Hətta özünüzü yaxşı hiss etsəniz belə, yüksək təzyiq baş ağrısı, yorğunluq və ya yuxu pozuntusu olmadan da mövcud ola bilər.
Kopseva əlavə edib ki, təzyiqin sadəcə nəzarətdə saxlanılması belə insult riskini 50% azalda bilər.

