Çox miqdarda ət və yumurta qəbulu insult riskini 58% artırır. Bu barədə nevroloq Anna Koptseva bildirib.
Onun sözlərinə görə, qızardılmış və duzlu qidalar, ağ çörək, yağlı süd məhsulları, şirniyyatlar və çipslər də riski ciddi şəkildə yüksəldir.
“Belə qidalanma damarlar və beyin üçün təhlükəlidir.”
Eyni zamanda ekspert vurğulayıb ki, meyvə, tərəvəz, balıq və tam taxıllı məhsulların qəbulu insult riskini təxminən 30% azaldır.
“Nə qədər az emal olunmuş qida və fastfood istehlak edilərsə, damarlar və beyin bir o qədər sağlam olur.”
Həkim həmçinin xolesterin səviyyəsinə nəzarət etməyin vacibliyini qeyd edib.

