Gecə saatlarında həddindən artıq yemək beyin üçün təhlükəlidir, bu barədə diyetoloq, nutrisioloq Yelena Solomatina 360.ru-ya açıqlamasında xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, erkən demensiya və koqnitiv qabiliyyətlərin zəifləməsi riskini artırır. “Bu vəziyyətə ən həssas orqan beyindir. Bu isə erkən demensiya və koqnitiv pozuntuların yaranması riski deməkdir”, — deyə Yelena Solomatina izah edib. Mütəxəssis qeyd edib ki, yuxu zamanı orqanizm istirahət etməli və bərpa olunmalıdır, qidanın həzmi ilə məşğul olmamalıdır. Onun sözlərinə görə, orqanizmi mütəmadi olaraq yükləmək daxili ritmlərin pozulmasına səbəb olur. Solomatina əlavə edib ki, gecə yeməyi həm də erkən qocalma, enerji azalması və artıq çəki riski yaradır.
Bu vərdiş demensiyaya səbəb ola bilər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

