Denmedia.az xəbər verir ki, NEWS.ru-ya danışan diyetoloq Yelena Solomatina bildirib ki, çianı quru halda və ya kifayət qədər maye qəbul etmədən yemək təhlükəlidir.
“Çia toxumlarının səhv hazırlanması, xüsusilə də quru şəkildə yeyilməsi, kəskin bağırsaq tıxanmasına səbəb ola bilər. Bundan başqa, mayesiz qəbul zamanı köp, qaz, qəbizlik və ya ishal yarana bilər. Çia sadəcə əlavəsidir, onu qaşıq-qaşıq yemək olmaz. Tövsiyə olunan gündəlik miqdar — bir, maksimum bir yarım xörək qaşığıdır,” — deyə Solomatina izah edib.
Mütəxəssis vurğulayıb ki, çianın faydasını tam almaq üçün onu düzgün hazırlamaq vacibdir. Bütöv toxumlar çox vaxt həzm sistemindən sorulmadan keçdiyi üçün onları istifadədən əvvəl üyütmək tövsiyə olunur.
Solomatina qeyd edib ki, çia toxumları omeqa-3 yağ turşuları, lif və “pis” xolesterini azaldan qida maddələri ilə zəngindir, amma əgər düzgün hazırlanmasa, faydası azalır.
“Toxumları uzun müddət saxlamaq olmaz. Onları üyütdükdən dərhal sonra istifadə etmək lazımdır,” — deyə diyetoloq əlavə edib.

