Gecə saatlarında işləmək və növbəli iş qrafiki piylənməyə və metabolik pozuntulara səbəb ola bilər, — somnoloq Roman Buzunov “Moskva 24”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu cür iş rejimində olan insanlar tez-tez yuxu çatışmazlığından əziyyət çəkirlər və bunun fonunda iştaha artır — orqanizm enerji ehtiyatı toplamağa çalışır.
“Aclıq hormonu olan qrelinin ifrazı artır, bu isə iştahanı gücləndirir. İnsanda yüksək kalorili qidalara ehtiyac yaranır və bu, asanlıqla piylənməyə gətirib çıxara bilər. Daha sonra metabolik pozuntular başlayır və şəkərli diabetin inkişaf riski yaranır,” — deyə Buzunov xəbərdarlıq edib.
Mütəxəssis əlavə edib ki, belə iş rejimi sirkadiyal ritmlərin pozulması ilə də təhlükəlidir. Orqanizm artıq günün və gecənin nə vaxt başladığını ayırd edə bilmir ki, bu da endokrin sistemdə pozuntulara yol aça bilər. Qadınlarda fertillik problemləri, kişilərdə isə potensiya ilə bağlı çətinliklər yarana bilər. Bundan başqa, daimi yüklənmə ürək-damar sistemi və immunitetə də mənfi təsir göstərir, — deyə mütəxəssis yekunlaşdırıb.

