Sevgi naminə tituldan imtina edən Yaponiya şahzadəsi Mako ilk dəfə körpəsi ilə görüntülənib.
Bu barədə New York Post məlumat yayıb. 2021-ci ildə saray həyatını tərk edərək sadə vətəndaş Key Komuro ilə evlənən keçmiş şahzadə ABŞ-ın Konnektikut ştatında ailəvi alış-veriş zamanı paparassilərin obyektivinə tuş gəlib.
Şəkillərdə cütlük sakit şəkildə mağazalar arasında gəzərkən Komuronun körpəni xüsusi daşıyıcıda qucağında apardığı görünür.
Uşağın cinsi və adı hələ açıqlanmayıb, lakin onun 2025-ci ilin may ayında dünyaya gəldiyi bildirilir.
İmperator Sarayı yalnız ana və uşağın vəziyyətinin yaxşı olduğunu təsdiqləyib. Qeyd olunur ki, Yaponiyanın qaydalarına əsasən, uşaq taxt-taca iddia edə bilməz.

Məlumata görə, cütlük Fairfield County ərazisində təxminən 680 min dollar dəyərində taunhaus alıb. Bu məbləğ onların əvvəl Manhettendə yaşadığı mənzildən daha ucuzdur.
Xatırladaq ki, 34 yaşlı Mako evlilik üçün həm kral titulundan, həm də təxminən 1,3 milyon dollarlıq dövlət təminatından imtina etmişdi.

