Böyrək daşı və öd kisəsi problemi olan şəxslərə yumurta qəbulunda ehtiyatlı olmaq tövsiyə edilir.
Dietoloq Nuriya Dianova “Radio 1”ə açıqlamasında bildirib ki, belə problemləri olan insanlar yumurta yeyərkən sağlamlıq vəziyyətlərini nəzərə almalıdırlar.
Onun sözlərinə görə, öd kisəsi xəstəlikləri olan və ya öd kisəsi çıxarılmış şəxslər üçün bir neçə yumurta yemək ciddi ağrı və narahatlıq yarada bilər. Həkim eyni xəbərdarlığın böyrək daşı olan insanlara da aid olduğunu qeyd edib.

Bununla yanaşı, dietoloq vurğulayıb ki, sağlam insanlar üçün yumurta faydalı məhsuldur. Yumurta zülal, sağlam yağlar, lesitin və A, D, E vitaminləri ilə zəngindir. Onu tərəvəz və tam taxıllı çörək ilə birlikdə qəbul etmək məsləhət görülür.


