Pendir və kərə yağını eyni gün yemək tövsiyə olunmur, çünki pendir yüksək kalorili, kərə yağı isə yağlı məhsuldur.
Bu fikri Moskva 24-ə açıqlamasında dietoloq Yelena Solomatina bildirib. O, gün ərzində 50 qramdan çox pendir yeməməyi məsləhət görüb.
Həkimin sözlərinə görə, istənilən pendir konsentratlaşdırılmış və çox kalorili məhsuldur. Günə 30–50 qram pendir kifayətdir, lakin bu halda digər yağlı qidalardan imtina etmək daha məqsədəuyğundur. Məsələn, eyni gün pendir və kərə yağı yeməmək tövsiyə olunur.
Solomatina əlavə edib ki, ən faydalı pendir növü adıqey pendiridir. O, az duz ehtiva edir və orqanizm tərəfindən daha asan mənimsənilir. Bu səbəbdən adıqey pendiri ödemə meyilli şəxslərə, böyrək və ürək-damar sistemi xəstəlikləri olan insanlara tövsiyə edilir.

