Dəmir, D vitamini və B12 çatışmazlığı bəzi hallarda depressiya ilə səhv salına bilər.
Bu barədə Lenta.ru-ya açıqlamasında həkim Lyubov Stankeviç bildirib.
Onun sözlərinə görə, depressiyaya bənzər əlamətlər anemiya, qalxanabənzər vəzin fəaliyyətində pozuntular, karbohidrat mübadiləsində dəyişikliklər, xroniki iltihab, kortizol və maqnezium səviyyəsindəki problemlərlə də əlaqəli ola bilər.

Həkim qeyd edib ki, halsızlıq, diqqəti toplamaqda çətinlik, motivasiya itkisi, narahatlıq və apatiya kimi simptomlar təkcə stress, tükənmişlik və ya depressiya ilə bağlı olmur. Buna görə də yalnız bir ehtimal üzərində dayanmaq və digər səbəbləri yoxlamamaq təhlükəlidir.
Stankeviç vurğulayıb ki, intihar düşüncələri, aqressiv davranış, özünə nəzarətin itirilməsi və vəziyyətin kəskin pisləşməsi zamanı dərhal psixiatr yardımı almaq lazımdır. Bu, insanın yataqdan qalxa bilməyəcək dərəcədə ağırlaşdığı hallara da aiddir.

