Öd daşı xəstəliyi, podaqra və bəzi mədə-bağırsaq problemləri olan şəxslərə pomidor yemək tövsiyə edilmir.
Bu barədə aif.ru-ya açıqlamasında dietoloq-endokrinoloq Anton Polyakov bildirib.
Mütəxəssisin sözlərinə görə, pomidor ödqovucu təsirə malikdir. Buna görə də öd daşı xəstəliyi olan insanlarda vəziyyətin kəskinləşməsinə səbəb ola bilər.

Pomidor həmçinin sidik turşusunun səviyyəsini yüksəldə və bununla da podaqranın inkişaf riskini artıra bilər.

Dietoloq qeyd edib ki, pomidorun tərkibindəki üzvi turşular mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandırır. Bu səbəbdən qıcıqlanmış bağırsaq sindromu, qastrit və xora xəstəliyi olan şəxslərdə vəziyyət pisləşə bilər.
“Xüsusilə qastrit və xora xəstəliyinin kəskinləşdiyi dövrdə pomidorun qəbulu vəziyyəti ciddi şəkildə ağırlaşdıra bilər”, — deyə Polyakov xəbərdarlıq edib.

