Anemiya adi yorğunluqdan fərqli olaraq, bədəndə bir sıra xarici əlamətlərlə özünü göstərə bilər.
Bu barədə LIFE.ru-ya açıqlamasında kardioloq Andrey Kondraxin bildirib.

Həkimin sözlərinə görə, anemiya zamanı selikli qişaların rəngi solğunlaşa, dırnaqlarda isə ağ ləkə və xətlər yarana bilər. Dəmir çatışmazlığı olduqda dırnaqlar nazikləşir, parlaqlığını itirir, halsızlıq isə tədricən artır.
Mütəxəssis qeyd edib ki, dəmir çatışmazlığı anemiyası olan bəzi insanlarda gil və təbaşir kimi yeyilməyən maddələri yemək istəyi, eləcə də benzin, dizel yanacağı və digər kəskin qoxulara qarşı qeyri-adi maraq yarana bilər.

Bu hal dad və qoxu hissinin təhrif olunması kimi qiymətləndirilir və dəmir çatışmazlığı anemiyası üçün xarakterik əlamətlərdən biri hesab olunur.
Kondraxin vurğulayıb ki, insanlar çox vaxt davamlı yorğunluğu iş yükü və yuxusuzluqla əlaqələndirərək həkimə gec müraciət edirlər.
Mümkün xəstəliyi vaxtında aşkar etmək üçün hər altı aydan bir ümumi qan analizi vermək tövsiyə olunur. Bu, xüsusilə reproduktiv yaşda olan qadınlar və yaşlı insanlar üçün vacibdir.

