Şirin və yağlı qidalara güclü meyl beynin işləmə xüsusiyyətləri ilə əlaqədardır. Bu cür qidalar qəbul edilərkən həzz hissinə cavabdeh olan dopamin ifraz olunur.
Bunu “Moskva 24”ə açıqlamasında dietoloq İrina Pisareva bildirib.
Onun sözlərinə görə, beyin şirin dadı sadə karbohidratların, yəni sürətli enerji mənbəyinin göstəricisi kimi qəbul edir. Yağlı qidalar isə yüksək kalorili və qidalandırıcı olduğu üçün beyin tərəfindən cəlbedici hesab olunur.
“Dadlı bir şey yedikdə mükafatlandırma sistemi aktivləşir və həzz hissi ilə əlaqəli dopamin ifrazı başlayır. Beyin bu mənbəni yadda saxlayır və onun təkrarını tələb edir”, – deyə mütəxəssis izah edib.

Dietoloq xəbərdarlıq edib ki, şirin və yağlı qidaların həddindən artıq tez-tez qəbulu tolerantlığın yaranmasına səbəb ola bilər.
Bu halda insan həmin qidalara alışır və əvvəlki qədər həzz almır. Nəticədə eyni zövqü yenidən yaşamaq üçün porsiyaları böyütməyə və daha çox yeməyə meyllənə bilər.

