Şirin və ya yağlı qidalara tez-tez meyl göstərilməsi orqanizmin təkamül mexanizmləri ilə izah olunur.
Bu barədə dietoloq Roman Pristanski “Radio 1-ə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, orqanizm üçün maksimum kalorili və asan mənimsənilən qidaların qəbulu sərfəlidir, çünki bu, sağ qalma amili kimi formalaşıb. Şirin qidalar sürətli enerji verən karbohidratlar, yağlı qidalar isə uzunmüddətli kalori ehtiyatı təmin edib. Müasir bolluq şəraitində isə bu mexanizm tez-tez həddindən artıq yeməyə gətirib çıxarır.
Pristanski bildirib ki, bu istəyi düzgün şəkildə idarə etmək mümkündür. Onun əsas tövsiyələri bunlardır: toxluq hissini zülal hesabına saxlamaq və şəkərsizləşdiricilərdən istifadə olunan məhsullarla sevilən dadı əlavə kalorisiz əldə etmək.
Dietoloq nümunə olaraq qeyd edib ki, bir stəkan təzə sıxılmış şirənin tərkibində 15 qrama qədər şəkər ola bilər. Bu isə günlük tövsiyə olunan normanın (25–50 qram) əhəmiyyətli hissəsini təşkil edir.

