Nevroloq Məsud Hüseyn gün ərzində daha məhsuldar olmaq üçün işə başlamazdan əvvəl bir vərdişi sınamağı tövsiyə edib.
“El Confidencial” nəşrinin məlumatına görə, mütəxəssis bildirib ki, işdən əvvəl insan özünü müəyyən qədər çətin bir tapşırıqla məşğul etməlidir.

Hüseyn buna nümunə kimi bir neçə dəqiqə xarici dil öyrənməyi, musiqi alətində ifa etməyi və ya fiziki aktivliklə məşğul olmağı göstərib.
Onun sözlərinə görə, insan səhər saatlarında müəyyən zehni və ya fiziki səy tələb edən iş görərsə, günün qalan hissəsində qarşısına çıxan mürəkkəb tapşırıqlara daha yaxşı hazırlaşa bilər.

Nevroloq vurğulayıb ki, əsas məsələ seçilən səhər fəaliyyətinə ciddi şəkildə fokuslanmaqdır, hətta bu məşğuliyyət əvvəlcə narahat və çətin görünsə belə. Mütəxəssisin fikrincə, məhz həmin ilkin diskomfort sonradan fayda verə bilər.

