Mütəmadi fiziki aktivlik beynin qocalma prosesini ləngitməyə kömək edə bilər.
Bu barədə KP.RU-ya nevroloq Anna Brusyanskaya danışıb.
Həkimin sözlərinə görə, böyüklər həftədə təxminən 150 dəqiqə orta intensiv fiziki aktivlik etməlidir.
Brusyanskaya bildirib ki, fiziki aktivlik beyində BDNF adlı xüsusi maddənin istehsalını stimullaşdırır. Onun sözlərinə görə, bu maddə neyronlar üçün “gübrə” kimi təsir göstərir, yeni sinir əlaqələrinin yaranmasına kömək edir, koordinasiyanı yaxşılaşdırır və beyni yaşlanmadan qoruyur.
Nevroloq qeyd edib ki, sürətli yerimə, üzgüçülük, yoqa və yüngül qaçış kimi fəaliyyətlər bu baxımdan faydalı ola bilər.
Həkim əsas şərtin idmanla müntəzəm məşğul olmaq olduğunu vurğulayıb.

