Rusiya Səhiyyə Nazirliyinin Rusiya Uşaq Klinik Xəstəxanasının hematoloqu Mixail Antoşin RT-yə müsahibəsində bildirib ki, bədəndə göyərmələrin səbəbsiz yaranması bəzi hallarda qanaxma sistemində pozuntulara işarə edə bilər.
Onun sözlərinə görə, göyərmələrlə yanaşı qanaxmanın artmasına dəlalət edən digər əlamətlər də müşahidə olunursa, həkimə müraciət etmək vacibdir.
Mütəxəssis qeyd edib ki, bəzi hallarda göyərmələrin və qanaxmaya meylliliyin səbəbi C və P vitaminlərinin çatışmazlığı ola bilər.

Əgər göyərmələr görünən travma olmadan yaranırsa, bu, hemostaz sistemində pozuntu və ya trombositlərin funksiyasının zəifləməsi ilə əlaqəli ola bilər.
Həkimin sözlərinə görə, sonradan yaranan bu cür pozuntular ağır infeksiyalar, autoimmun xəstəliklər, qaraciyər xəstəlikləri, eləcə də trombositlərin sayının azalması ilə müşayiət olunan kəskin leykoz fonunda inkişaf edə bilər.
Denmedia.az

