Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növlərindən biridir və bu xəstəliklə bağlı cəmiyyətdə çoxsaylı yanlış inanclar mövcuddur. İnternet və sosial şəbəkələrdə sürətlə yayılan bu miflər qadınların sağlamlıqları ilə bağlı əsassız narahatlıq keçirməsinə və ya əksinə, erkən diaqnostika və müalicə imkanını əldən verməsinə səbəb ola bilər. Bu yazıda süd vəzi xərçəngi ilə bağlı ən geniş yayılmış beş mifə və həqiqətlərə nəzər salınır.
Müasir elmi araşdırmalar mobil telefon və ya mikrodalğalı soba kimi cihazların yaydığı elektromaqnit dalğalarının süd vəzi xərçəngi riskini artırdığına dair sübut ortaya qoymayıb. Bu cihazların istifadəsi ilə süd vəzi xərçəngi arasında əlaqə müəyyən edilməyib.

Mamografiya aşağı dozada şüalanma ilə aparılsa da, şüalanmanın miqdarı olduqca azdır. Əksinə, mamografiya süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasına imkan verir və buna görə müntəzəm müayinələrdə mühüm rol oynayır.
Antiperspirant dezodorantlar, dar büstqalterlər və tərləmənin qarşısını alan məhsullarla süd vəzi xərçəngi arasında əlaqə olduğuna dair elmi sübut yoxdur. Mövcud elmi araşdırmalar bu məhsulların istifadəsinin süd vəzi xərçəngi riskini artırdığını göstərmir.
Süd vəzi implantlarının xərçəngin aşkarlanmasını mümkünsüz etdiyi fikri də doğru hesab edilmir. Müasir görüntüləmə üsulları, o cümlədən mamografiya və MRT vasitəsilə implantların mövcudluğuna baxmayaraq süd vəzisindəki dəyişiklikləri qiymətləndirmək mümkündür.
Denmedia.az

