Müntəzəm müayinələr süd vəzi xərçəngini erkən aşkar etməyə kömək edir. Bu barədə həkim-onkoloq Viktoriya Lixaçeva “Zdorovye.Mail”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ən doğru strategiya simptomları gözləməməkdir.
“Ən effektiv yol simptomların yaranmasını gözləməməkdir. Müntəzəm müayinələr xəstəliyi elə mərhələdə aşkar etməyə imkan verir ki, müalicə maksimum effektiv olur.”
Həkim vurğulayıb ki, qadınlar çəkiyə nəzarət etməli, siqaretdən imtina etməli, alkoqolu məhdudlaşdırmalı və həyat tərzinə fiziki aktivlik əlavə etməlidirlər. Onun sözlərinə görə, məhz bu amillər profilaktik baxımdan mühüm rol oynayır.

