Həkim-onkoloq Umar Xomidi NEWS.ru-ya açıqlamasında bildirib ki, döş implantları onkoloji xəstəliklərin yaranmasına səbəb olmur.
Onun sözlərinə görə, plastik əməliyyatların özü xərçəng yaratmır və bu mövzuda yayılan bir çox qorxular şişirdilmişdir.
“Döş implantları klassik süd vəzi xərçəngi riskini artırmır. Bəzən müəyyən implant növləri ilə əlaqəli çox nadir limfoma halları ola bilər, lakin bu, çox az sayda insanda rast gəlinən nadir vəziyyətdir”, — deyə Umar Xomidi bildirib.
Həkim qeyd edib ki, solyariyə getmək isə həqiqətən də risklidir. Onun sözlərinə görə, ultrabənövşəyi şüalanma dəri xərçəngi, o cümlədən melanoma riskini artırır və bu, elmi tədqiqatlarla təsdiqlənib.

