Onkoloq-uroloq, tibb elmləri doktoru Aleksandr Dzidzariya bağırsaq sağlamlığının qorunmasında bəzi gündəlik vərdişlərin mühüm rol oynadığını bildirib.
Mütəxəssisin sözlərinə görə, gündə bir fincan keyfiyyətli üyüdülmüş qəhvə bağırsaqda iltihabi, xoşxassəli və bədxassəli dəyişikliklərin yaranma riskinin azalması ilə əlaqələndirilə bilər. O, bu göstəricini təxminən 6 faiz kimi təqdim edib.
Dzidzariya həmçinin siqaret və alkoqolun birlikdə istifadəsinin bağırsaq xərçəngi riskini artırdığını vurğulayıb. Onun sözlərinə görə, bu iki vərdişin birləşməsi riski 52 faizə qədər yüksəldə bilər.

Mütəxəssis sarımsağın da bağırsaq sağlamlığı üçün faydalı ola biləcəyini bildirib. Onun sözlərinə görə, gündə bir neçə diş sarımsağın qəbulu bağırsaqda bədxassəli, xoşxassəli və iltihabi dəyişikliklərin yaranma ehtimalının azalması ilə əlaqələndirilir.
Denmedia.az

