Əllərdə titrəmə yarandıqda nevroloqa müraciət etmək lazımdır. Bu hal həm fizioloji, həm də patoloji səbəblərdən qaynaqlana bilər.
Bu barədə nevroloq Regina Qolovaçova “Gazeta.Ru”ya açıqlamasında bildirib.
“Əllərdə titrəmə yaranarsa, nevroloqa müraciət etmək lazımdır. Belə hallarda xəstəni müayinə edir, titrəmənin yaranma səbəblərini müəyyənləşdirmək üçün anamnez toplayırıq. Hər şey xəstənin yaşından və düşdüyü vəziyyətdən asılıdır”, – deyə həkim qeyd edib.

Nevroloqun sözlərinə görə, stress, həyəcan, qorxu, həddindən artıq yorğunluq və soyuğa məruz qalmaq əllərdə titrəməyə səbəb ola bilər.
Həkim vurğulayıb ki, əllərin titrəməsi bəzi hallarda dağınıq skleroz və ya şəkərli diabet kimi xəstəliklərin də əlaməti ola bilər.

