Üzün buz kimi soyuq suya salınması və ya əllərdə buz kubu saxlamaq gərginlik və stresi tez azaltmağa kömək edir. Bu barədə Gazeta.Ru-ya Piroqov Universitetinin Klinik Psixologiya və Sosial İş İnstitutunun direktor müavini, həkim, klinik psixoloq, dosent Yekaterina Orlova məlumat verib.
Negativ emosional vəziyyətlərin idarə olunması bacarıqlarının strukturunda temperatur komponenti bir sıra xarici alimlər tərəfindən fizioloji oyanmanın təcili azaldılması metodu kimi qiymətləndirilir. Məsələn, üzün buz kimi suya salınması və ya buz kubunun tutulması məməlilərin “dalma refleksini” aktivləşdirir, bu isə bradikardiya və simpatik tonusun azalması ilə müşayiət olunan parasimpatik vaqus reaksiyasını işə salır, deyə psixoloq bildirib.
Bu refleks ürəyin daha yavaş döyünməsinə səbəb olur və sinir sistemini “sakitləşmə” rejiminə keçirir.
Nəticədə parasimpatik sistem, stress və panikaya cavabdeh olan simpatik sistemi üstələyir. Soyuq, üz dərisinə təsir edərək damarların daralmasına səbəb olur və fizioloji oyanmanı sözün əsl mənasında “yavaşıdır”, bu da insanın sakitləşməsinə kömək edir, deyə həkim yekunlaşdırıb.

